ELÇİ ELÇİ ÜSTÜNDƏN GƏLMƏK

bir qıza bir neçə elçi gəlmək, elçiləri çox olmaq.

ELÇİ DÜŞMƏK
ELÇİ SALMAQ
OBASTAN VİKİ
Elçi
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Elçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki, Ordubad rayonu – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Elçi (dəqiqləşdirmə)
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)